RU

"Harri Potter"in yeni serialının ilk görüntüləri yayılıb

"Harri Potter" televiziya serialının ilk tizeri nümayiş etdirilib.

AzEdu.az xəbər verir ki, təqdim olunan videoda franşizanın birinci kitabından vacib məqamlar, Hoqvarts məktəbi, "Harri", "Ron" və "Hermiona"nın qatarda ilk tanışlığı, "Çeşidləyici Papaq", "Kviddiç oyunu" və başlanğıc dərsləri öz əksini tapıb.

Tizerin yekununda yeni serialın ilk nümayişinin 2026-cı ilin sonunda Milad bayramı tətilləri ərəfəsində baş tutacağı bildirilib.

 

 

Xatırladaq ki, yanvar ayında britaniyalı aktyor Nik Frost C.K. Roulinqin əsərləri əsasında hazırlanan yeni "Harri Potter" ekran işində sehrbaz "Haqrid" obrazını canlandırmaq məqsədilə qeyri-adi bir ritual həyata keçirdiyini açıqlamışdı.

Bundan öncə isə orijinal filmlərdə baş mənfi qəhrəman olan "Voldemort" rolunun ifaçısı Ralf Fayns HBO kanalının yeni layihəsində bu obrazı kimin oynayacağına dair bəzi işarələr vermişdi.

Qeyd edək ki, "Harri Potter"in yeni ekranlaşdırması seriyadakı kitabların sayına mütənasib olaraq yeddi mövsümü əhatə edəcək. Əsas qəhrəmanlar olan "Harri", "Ron" və "Hermiona" rollarına isə gənc aktyorlar Dominik Maklaflin, Alaster Stout və Arabella Stanton həyat verəcəklər.

Избранный
47
azedu.az

1Источники