RU

Ağdamda mina partlayıb, kənd sakini xəsarət alıb

Ağdamda mina hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
62
6
apa.az

7Источники