RU

Azərbaycan - Sent Lüsiya matçının hakimləri bəlli oldu

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

"Unikal" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Giorgi Kruaşvili olacaq. Ona yan xətt hakimləri Levan Varamişvili və Giorgi Elikaşvili kömək edəcəklər. 4-cü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Избранный
42
10
unikal.az

3Источники