RU

Azərbaycanın şimalında və cənubunda nə baş verir? – Sabiq nazirdən SENSASİON AÇIQLAMA

“Beləliklə, artıq Azərbaycanın şimalında və cənubunda baş verəcək proseslərin ümumi mənzərəsi tam aydınlaşır. Bu, “qaynar müharibə” ilə “nə müharibə, nə də sülh” vəziyyəti arasında dalğalanan bir növ “sarkaç”dır (Sarkaç sabit bir nöqtədən asılmış, cazibə qüvvəsi təsiri ilə iki istiqamətdə (irəli-geri) rəqs edən (yellənən) yükdür). Belə idarə olunan geosiyasi “xaos” uzun müddətə, bəlkə də illərlə davam etmək üçün planlaşdırılıb”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Onun fikrincə, bu nəhəng qeyri-sabitlik zonalarının arasında isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əraziləri kifayət qədər sabit qalır: “Bu sabitlik oxunun tam mərkəzində isə eyni zamanda həm Rusiya, həm də İranla sərhədi olan dünyadakı yeganə dövlət kimi Azərbaycan yerləşir.

Buna görə də siyasətimizin formatı əvvəlcədən müəyyənləşib – Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq neytrallıq və müdaxilə etməmək.

Türkiyənin və İsveçrənin İkinci Dünya Müharibəsi dövründəki xarici siyasət ənənələri də bizə lazım ola bilər.

Avropa ilə Asiya arasında mənim bu yaxınlarda yazdığım quru “Süveyş kanalı” artıq tam formalaşıb”.

Избранный
19
2
konkret.az

3Источники