İsmayıllı rayonunda 55 yaşlı kişi spirtli içkidən zəhərlənib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə İsmayıllı şəhərində baş verib.
Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Elşən Dəmirov yaşadığı evdə xeyli miqdarda texniki spirt içib. O, ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. E.Dəmirovun vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, E.Dəmirov spirtli içki aludəçisi olub və bu məqsədlə texniki spirt içib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"