RU

Türkiyə millisi Rumıniya yığmasına qarşı

Bu gün futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start veriləcək.

Adalet.az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu cütün qalibi finalda Slovakiya - Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya

23.45. Uels - Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna - İsveç

24:45. Polşa - Albaniya

C yolu

21:00. Türkiyə - Rumıniya

23:45. Slovakiya - Kosovo

D yolu

23:45. Danimarka - Şimali Makedoniya

23:45. Çexiya - İrlandiya

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.

Избранный
14
36
adalet.az

10Источники