RU

Rəhmon və Mirziyoyev Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirəcəklər

Tacikistan Prezidenti Emoməli Rəhmon Daşkənddə dövlət səfərindədir və orada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə ali səviyyədə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Emoməli Rəhmonun dövlət səfəri martın 26-27-də keçiriləcək, o, Daşkənd və Buxaraya səfər edəcək.

Səfər çərçivəsində ali səviyyədə görüşlər və danışıqların aparılması, Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi, əməkdaşlığa dair xeyli sayda yeni sənədin imzalanması, eləcə də regionlararası biznes-forumun və bir sıra mədəni tədbirlərin, o cümlədən Dostluq Gecəsinin və Özbəkistanda Tacikistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Избранный
37
1
far.az

2Источники