RU

İran səmasında F-18 gərginliyi – Elə görüntülər yayıldı ki… – VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media resursları ABŞ-yə məxsus F/A-18 “Hornet” qırıcısının vurulma anını əks etdirdiyi iddia edilən görüntülər paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, videoda təyyarənin hədəf alınması və havada alovlanması kadrları yer alsa da, bu görüntülərin orijinallığı hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İran tərəfi qırıcının ölkənin cənub-şərqində, Çabahar bölgəsi üzərində yerli hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu və Hind okeanına düşdüyünü iddia edir. Lakin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu xəbərləri dərhal təkzib edərək, məlumatı yalan adlandırıb. Komandanlığın rəsmi bəyanatında bildirilir ki, bölgədə ABŞ-a məxsus heç bir döyüş təyyarəsi vurulmayıb və yayılan iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, son həftələrdə tərəflər arasında bənzər iddialar və qarşılıqlı təkziblər tez-tez gündəmə gəlir, bu da regiondakı informasiya müharibəsinin şiddətləndiyini göstərir.

Sara,
NOCOMMENT.az

Избранный
18
nocomment.az

1Источники