RU

Rusiyanın yeni səfiri Ankaraya gəlib

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Türkiyədəki yeni səfiri Sergey Verşinin Ankaraya gəlib. Səfirliyin açıqlamasına görə, Verşini Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və səfirlik işçiləri qarşılayıb.

Hafta.az yazır ki, 71 yaşlı Verşinin uzun illər Rusiya Xarici İşlər Nazirliyində yüksək vəzifələr tutub. O, Yaxın Şərq və Şimali Afrika Departamentinə rəhbərlik edib, 2018-ci ildə Xarici İşlər Nazirinin müavini təyin olunub. Prezident Putin Verşinini 2025-ci ilin fevralda Türkiyəyə səfir təyin edib.

Verşinin sələfi Aleksey Yerxov 2025-ci ilin iyun ayında Türkiyədəki səlahiyyət müddətinin başa çatdığını elan edib. Yerxov 2025-ci ilin sentyabrında Özbəkistana səfir təyin edilib.

Verşinin təyinatı Rusiya-Türkiyə münasibətlərinin iqtisadiyyat, müdafiə və enerji sektorlarına yönəldiyi bir vaxtda böyük əhəmiyyət daşıyır. Türkiyənin Ukrayna münaqişəsində vasitəçi rolunu oynamağa davam etdiyini nəzərə alsaq, yeni səfirin çiyinlərindəki məsuliyyətin ağırlığı daha da aydın olur.

Избранный
44
hafta.az

1Источники