"Milan" klubunun ekvadorlu müdafiəçi Pervis Estupinyan tezliklə İngiltərə Premyer Liqasında peyda bilər.
Fanat.Az xəbər verir ki, o, italiyalı məşqçi Roberto De Zerbinin idarə edəcəyi gözlənilən "Tottenhem"in hədəfindədir.
İnformasiyanı "Euro-football" yayıb.
Mənbənin məlumatına görə, De Zerbi onu sərəncamında görmək istəyir.
Qeyd edək ki, De Zerbi əvvəllər Estupinyanla başqa bir İngiltərə klubunda - "Brayton"da çalışıb. Buna görə də o, oyunçunun bacarıqlarına yaxşı bələddir və onun "Tottenhem"i gücləndirə biləcəyinə inanır.