RU

Gəncədə evdə yanğın olub, bir nəfər ölüb - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Gəncədə Gəncədə Gəncədə
Избранный
36
3
apa.az

7Источники