RU

Rusiyada məktəbli sinif yoldaşlarına arbaletlə hücum etdi – VİDEO

Rusiyanın Çelyabinsk şəhərindəki məktəblərinin birində 9-cu sinif şagirdi dərsə gətirdiyi arbaletdən atdığı oxla sinif yoldaşını və müəllimini yaralayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Çelyabinsk şəhərinin 32 nömrəli məktəbində baş verib.

"Şagird məktəbə arbalet keçirib və ondan sinif yoldaşı olan qızın başına ox atıb, bundan əlavə müəllimini vurub. Bundan sonra o, dördüncü mərtəbənin pəncərəsindən özünü atıb və ayaqlarını sındırıb", - KİV qeyd edib.

Məlumata görə, qız sağ qalıb.


Bizim.Media

Избранный
15
2
bizim.media

3Источники