Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan qatar yola salınıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasından yola düşüb.
***
10:11
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, humanitar yardım dərman vasitələrindən ibarətdir.
Yükün ümumi çəkisi 300 tondan çoxdur.
"Cebheinfo.az"