RU

Abdulkadir Uraloğlu Türkiyəyə məxsus neft tankerinin partlayışına xarici müdaxilənin səbəb olduğunu açıqlayıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 140 ton yüklü neft tankerinin partlayışının xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.

APA-nın yerli bürosu xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını qeyd edib.

“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”.

Избранный
37
15
apa.az

3Источники