RU

"Hizbullah" İsrail Müdafiə Nazirliyinin binasına raket hücumu barədə bəyanatYAYDI

Livanın "Hizbullah" hərəkatının hərbi qanadı Təl-Əviv şəhərində yerləşən İsrail Müdafiə Nazirliyinin Kiriya bazasına raket zərbələri endirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın rəsmi "Telegram" səhifəsində dərc olunub.

"Martın 26-da, cümə axşamı saat 01:10-da (Bakı vaxtı ilə saat 03:10) İslam müqaviməti qüvvələri Təl-Əvivin mərkəzindəki İsrail Müdafiə Nazirliyinə məxsus Kiriya qərargahını hədəfə alıb", - deyə bəyanatda qeyd olunub.

"Hizbullah"ın yaydığı məlumata əsasən, şəhərin yaxınlığında qərarlaşan hərbi kəşfiyyat kazarmalarına qarşı da müxtəlif növ raketlər tətbiq olunmaqla hücum təşkil edilib.

Избранный
10
5
redaktor.az

6Источники