RU

Rusiyada məktəbli sinif yoldaşını arbaletlə yaralayıb

Rusiyanın Çelyabinsk şəhərindəki məktəblərinin birində 9-cu sinif şagirdi dərsə gətirdiyi arbaletdən atdığı oxla sinif yoldaşını yaralayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Çelyabinsk şəhərinin 32 nömrəli məktəbində baş verib.

"Şagird məktəbə arbalet keçirib və ondan sinif yoldaşı olan qızın başına ox atıb. Bundan sonra o, dördüncü mərtəbənin pəncərəsindən özünü atıb və ayaqlarını sındırıb", - KİV qeyd edib.

Məlumata görə, qız sağ qalıb.

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники