RU

Azərbaycan UNESCO nun hesabatının təqdimatında təmsil olundu Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO-nun mənzil-qərargahında keçirilən UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatının yüksək səviyyəli təqdimat mərasimində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, UNESCO-ya üzv dövlətlərin təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri, beynəlxalq və regional təşkilatların təmsilçiləri, eləcə də ekspertlərin iştirak etdiyi təqdimat mərasiminin rəsmi açılışından sonra təhsildə əlçatanlıq və bərabərlik, təhsildən kənar qalan uşaqlar, təhsilin ədalətli maliyyələşdirilməsi, eləcə də məktəbəqədər təhsil kimi mövzular üzrə panel müzakirələr təşkil edilib.Tədbir çərçivəsində, eyni zamanda, nazir müavini Həsən Həsənli Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozkhon Karimova ilə ikitərəfli görüş keçirib.

Bundan başqa, nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Qlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib.

Tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə Rəqəmsal Transformasiyanın Təsiri İmkanları” adlı nazirlər panelində çıxış edərək “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldə olunnuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminə inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, Qlobal Təhsil Koalisiyası ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir. 

2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verərək onun əsas donarlarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
10
qafqazinfo.az

10Источники