Ölkə ərazisində son sutkada 36 cinayət açılıb. 1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 25-də ölkə üzrə qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin axtarışda olan ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib. Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.