RU

Avtobus çaya düşdü - 18 nəfər öldü 

Banqladeşin mərkəzi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusunun çaya düşməsi nəticəsində azı 18 nəfər həyatını itirib.


Manset.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, avtobus ponton üzərində olarkən qeydə alınıb. Belə ki, sərnişinlərlə dolu nəqliyyat vasitəsi bərəyə minmək üçün gözləyərkən qəfil çaya yuvarlanıb. Avtobusda ümumilikdə təxminən 40 nəfərin olduğu bildirilir.

Qəza zamanı 11 sərnişin öz gücü ilə sudan çıxaraq xilas ola bilib.

Xilasedicilər avtobusu qəzanın baş verməsindən təxminən 6 saat sonra çayın dibindən çıxarıblar. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 18 nəfərin meyiti tapılıb. Bir neçə sərnişinin isə taleyi hələ də naməlum olaraq qalır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
49
manset.az

1Источники