RU

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. 1news.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,3 ABŞ dolları və ya 2% azalaraq 113,7 ABŞ dollarına düşüb.
Məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin may fyuçersləri 109,58 ABŞ dolları səviyyəsində qərarlaşıb. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 3,14 ABŞ dolları və ya 2,84% ucuzlaşaraq 107,24 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Избранный
52
35
1news.az

10Источники