RU

Vens Orbanı xilas etməyə gedir

ABŞ-nin vitse-prezidenti J.D.Vens parlament seçkilərindən bir neçə gün əvvəl - 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı “Politico" Dövlət Departamentinin sənədinə istinadən yayıb.

Qəzetin məlumatına görə, Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstanın baş naziri Viktor Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır. ABŞ prezidenti Donald Tramp əvvəl Orbana dəstəyini ifadə etmişdi.

Qeyd edək ki, aprelin 12-də keçiriləcək seçkilərə sayılı günlər qalmış rəy sorğuları Orbanın hakim partiyasının müxalif rəqibindın 20 faizədək geri qaldığını göstərir.

Musavat.com

 

Избранный
14
1
musavat.com

6Источники