RU

Dartanyanın dəfn olunduğu yer bu ölkədə tapıldı

XVII əsrdə vəfat etmiş məşhur fransız muşketyoru Dartanyanın skeleti, çox güman ki, cənubi Niderlanddakı Maastrixt şəhərindəki (Limburq əyaləti) kilsədə aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə NOS televiziyası məlumat yayıb.

Bildirilir ki, qalıqlar fevral ayında kilsə döşəməsinin qismən çökməsindən sonra aparılan təmir işləri zamanı aşkar edilib. Skelet əvvəllər yalnız zadəgan və ya nüfuzlu insanların dəfn olunduğu qurbangahda yerləşir. Bundan əlavə, sinə nahiyəsində tüfəng atəşinin izi və cəsədin yaxınlığında fransız sikkəsi tapılıb.

Arxeoloqların fikrincə, bu, çox güman ki, Fransa kralı XIV Lüdovikin yaxın adamı və kralın muşketyorlarının komandiri qraf Dartanyan Şarl de Batz de Kastelmordur. O, 1673-cü ildə Maastrixt mühasirəsi zamanı, ehtimal ki, sinəsindən və ya boğazından aldığı yaradan vəfat edib. Davam edən döyüşlər səbəbindən onun cəsədinin ölüm yerində dəfn olunduğu güman edilir, lakin dəqiq yer hələ də məlum deyil.

Qalıqların kimliyini təsdiqləmək üçün DNT nümunəsi götürülüb və Münhendəki laboratoriyaya göndərilib.

Избранный
39
publika.az

1Источники