RU

DÇ-2026: Türkiyə Rumıniya ilə pley-off matçına çıxır

Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasından gələn 4 iştirakçıdan formalaşan 8 cütün güclüləri müəyyənləşəcək.

Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəcək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

Qeyd edək ki, mundiala yollanacaq 4 xoşbəxti müəyyənləşdirəcək final oyunları isə 31 martda keçiriləcək.

DÇ-2026
Pley-off, 1/2 final
26 mart

21:00. Türkiyə - Rumıniya

23:45. Çexiya - İrlandiya

23:45. Danimarka - Şimali Makedoniya

23:45. İtaliya - Şimali İrlandiya

23:45. Polşa - Albaniya

23:45. Slovakiya - Kosovo

23:45. Ukrayna - İsveç

23:45. Uels - Bosniya və Herseqovina
 

Избранный
12
36
fanat.az

10Источники