RU

ABŞ universitetlərində süni intellekt səbəbindən şifahi imtahanlar tətbiq edilir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ universitetləri tələbələr tərəfindən süni intellektin geniş istifadəsi fonunda biliklərin qiymətləndirilməsi üçün getdikcə daha çox şifahi imtahanlar tətbiq edir.

Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.

Müəllimlər qeyd edirlər ki, evdə hazırlanan yazılı işlər "həddindən artıq mükəmməl" olur, lakin tələbələr həmin işlərin məzmununu izah etməyə çalışarkən tez-tez çətinlik çəkirlər. Bu, tələbələrin tənqidi təfəkkür və müstəqil təhlil qabiliyyətləri ilə bağlı ciddi narahatlıq yaradır.

Buna cavab olaraq, bir sıra ali məktəblərdə tələbənin öz işini müəllim qarşısında şəxsən müdafiə etməli olduğu şifahi imtahan formatına qayıdış başlayıb.

Şifahi imtahanlara maraq pandemiyadan sonra və xüsusilə 2022-ci ildə "ChatGPT"nin meydana çıxması ilə artıb. İndi universitetlər alqoritmlərin nəticələrini deyil, tələbələrin real biliklərini qiymətləndirmək üçün yollar axtarırlar. Müəllimlərin fikrincə, şifahi imtahanlar materialın mənimsənilmə səviyyəsini üzə çıxarmağa kömək edir və tələbələri texnologiyalara arxalanmaq əvəzinə, mövzunu dərindən öyrənməyə motivasiya edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
oxu.az

3Источники