RU

Psixoloqlar 2026 cı il üçün gözlənilməz trendin adını açıqlayıblar

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda qlobal miqyasda milyonlarla şəxs daimi tələskənlikdən uzaqlaşmağı nəzərdə tutan "yavaş həyat" (slow life) fəlsəfəsinə üstünlük verir. Rusiyanın Perm Politexnik Universitetinin tədqiqatçıları bu tendensiyanın yaranma səbəblərini, adi istirahətin nə üçün artıq gücümüzü bərpa etmədiyini və həyat tempini azaltmağın hansı hallarda faydalı olduğunu aydınlaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən Gazeta.ru-ya məlumat verilib.

Yaşama sürətini azaltmaq ideyası 1980-ci illərdə sürət mədəniyyətinə qarşı bir üsyan kimi yaranıb. Bu gün bu fəlsəfə qidalanmadan yaşlanmağa qədər müxtəlif sahələrə təsir edir. Universitetin Fəlsəfə və Hüquq kafedrasının baş müəllimi Svetlana Dinaburq deyir ki, bu metod diqqəti çoxluqdan keyfiyyətə yönəltmək üzərində qurulub.

Mütəxəssis izah edir ki, tempin azaldılması detallara həssas yanaşmanı və daha diqqətli yaşamağı tələb edir. Qeyd olunub ki, gənclər psixoloji sağlamlıqlarına daha çox önəm verir və karyera naminə özlərini qurban vermək istəmirlər. Onların nəzərində yavaşlamaq rəqəmsal vasitələrdən tamamilə uzaqlaşmaq yox, onların tətbiqinə daha şüurlu yanaşmaqdır.

S.Dinaburq əlavə edir ki, hazırda cəmiyyətdə tənbəllik anlayışına da fərqli prizmadan baxılır. Artıq bu mənfi xüsusiyyət yox, enerjinin qorunması mexanizmi və ən az enerji sərf edərək məqsədə çatmaq istəyi kimi dəyərləndirilir.

Neyrofiziologiya nöqteyi-nəzərindən passiv istirahət anları insan üçün çox mühümdür. Məhz fəaliyyətsizlik zamanı beyin daxili məlumatları təhlil edir, yeni neyron əlaqələri qurur və qeyri-standart həll yolları tapır. Elə buna görə də ən yaradıcı fikirlər gərgin əmək prosesində yox, məhz dincəlmə zamanı yaranır.

Bununla belə, həyat tempini yavaşlatmaq qaydası istisnasız olaraq hamıya müsbət təsir göstərmir. Bu üsul əsasən meqapolis sakinləri, xroniki yorğunluqdan əziyyət çəkən və təşvişəmeyilli şəxslər üçün xeyirlidir. Digər situasiyalarda isə o, əks effekt verə bilər.

Alim xəbərdarlıq edir ki, ağır depressiv vəziyyətdə olanlar və reallıqdan uzaqlaşmaq məqsədilə yavaşlamağa çalışanlar diqqətli olmalıdırlar. Çünki belə məqamlarda bu fəlsəfə fərddəki ruh düşkünlüyünü və apatiya hissini daha da dərinləşdirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
1
oxu.az

2Источники