RU

Xroniki bel ağrılarını aradan qaldıran üsul tapıldı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-nin Cons Hopkins Universitetinin Tibb Məktəbinin tədqiqatçıları bel nahiyəsindəki xroniki ağrıların müalicəsində yeni üfüqlər açıblar. "Bone Research" jurnalında dərc olunan araşdırmaya görə, bədəndə kalsium mübadiləsini tənzimləyən paratireoid hormonu onurğadakı patoloji sinir liflərinin artımını dayandıraraq ağrıları kəskin azalda bilir.Dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən sayılan bel ağrılarının dəqiq səbəbini həkimlər çox vaxt müəyyən edə bilmirlər. Yeni elmi iş isə göstərir ki, onurğanın zədələnmiş toxumalarında sinirlərin normal olmayan şəkildə çoxalması əsas faktordur. Tədqiqat qrupunun rəhbəri Canet Kreyn bildirir ki, onurğada deqenerasiya prosesi gedəndə ağrıya həssas sinir lifləri normalda olmamalı olduqları nahiyələrə qədər uzanır. Sözügedən hormon isə məhz bu prosesin qarşısını alaraq sinirləri geri çəkilməyə məcbur edir.Siçanlar üzərində aparılan sınaqlar zamanı məlum olub ki, iki ay müddətində hormon qəbul edən canlılarda onurğa strukturu bərkiyib və ağrıya qarşı həssaslıq azalıb. Alimlər bu effektin mexanizmini də tapıblar. Hormon sümük hüceyrələrində xüsusi bir zülalın ifrazını stimullaşdırır ki, bu da sinir lifləri üçün "itələyici siqnal" rolunu oynayır. Beləliklə, sinirlər həssas zonalara daxil ola bilmir və ağrı kəsilir.Maraqlıdır ki, sümük əriməsindən müalicə alan bəzi xəstələr onsuz da bu tərkibli dərmanlardan istifadə edərkən bel ağrılarının azaldığını qeyd edirdilər. Bu araşdırma həmin təsadüfi müşahidələrin elmi əsasını ortaya qoyub. Tədqiqatçılar üsulun insanlarda tam tətbiqi üçün klinik sınaqların vacibliyini vurğulayırlar.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
demokrat.az

1Источники