RU

Şahzadə Harri ilə Meqan Markl "Netflix" üçün yeni layihəyə hazırlaşırlar

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl "Netflix" üçün yeni şou hazırlıqlarına başlayıblar.

Publika.az "Deadline" nəşrinə istinadən xəbər verir ki, layihə Şahzadə Harrinin ən sevdiyi idman növü olan polo haqqında olacaq. Dram janrında çəkiləcək serialda cütlük birlikdə rol alacaq.

Serialın çəkilişləri Florida ştatının Vellinqton şəhərində aparılacaq. Ekran işində iki komanda və onların arxasında duran ailələr arasındakı rəqabətə diqqət yetirəcək.

Qeyd edək ki, cütlüyün yüksək yaşayış xərcləri və azalan gəlirlər səbəbindən maliyyə çətinlikləri yaşadıqları və borc böhranı ilə üzləşdikləri barədə məlumatlar yayılmışdı.

Избранный
78
publika.az

1Источники