RU

Küveyt bölgədəki hadisələrlə əlaqədar mümkün radiasiya sızmasına qarşı xəbərdarlıq etdi

Küveyt bölgədəki hadisələrlə əlaqədar mümkün radiasiya sızmasına qarşı xəbərdarlıq etdi

Küveyt rəsmiləri bölgədəki hərbi gərginlik fonunda qonşu ölkələrdə baş verə biləcək mümkün radiasiya sızmalarına qarşı vətəndaşlara və ölkə sakinlərinə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Küveyt Milli Qvardiyası sosial media platformasındakı hesabı vasitəsilə Müdafiə, Daxili İşlər və Səhiyyə nazirlikləri rəsmilərinin iştirakı ilə hazırlanmış videomüraciət paylaşıb.

Müraciətdə bildirilib ki, Küveytə ən yaxın nüvə reaktoru ölkə sərhədlərindən 240 kilometrdən çox məsafədə yerləşir və bu uzaqlıq ehtimal olunan sızmaların təsirini əhəmiyyətli dərəcədə azaldır. Açıqlamada sözügedən sızıntıların böyük hissəsinin Küveyt ərazisinə çatmadan təsirini itirəcəyi vurğulanaraq, əhali arasında təşviş və qorxuya əsas olmadığı qeyd edilib.

Bununla belə, tam təhlükəsizliyi təmin etmək məqsədilə fövqəladə vəziyyət yaranarsa, vətəndaşlardan evlərini tərk etməmək, radioaktiv maddələrin içəri daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələri sıx bağlamaq xahiş olunub. Rəsmilər həmçinin hadisələrin gedişatını yalnız rəsmi mənbələrdən izləməyə və elan ediləcək təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırıblar.

Избранный
107
afn.az

1Источники