RU

Harri Potter geri döndü: serialın ilk treyleri yayımlandı VİDEO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“HBO” şirkəti qarşıdan gələn “Harri Potter” serialının ilk treylerini yayımlayıb. Birinci mövsümün premyerası dekabrın 25-nə planlaşdırılıb.

Globalinfo.az “Variety” nəşrinə istinadla xəbər verir ki, serialda baş rolu Dominik MakLaflin canlandırır. Onunla yanaşı Alaster Staut (Ron) və Arabella Stenton (Hermiona) çıxış edir. Süjet boyu onlar dostluq qurur və Lord Voldemort təhlükəsi ilə üzləşirlər.

Aktyor heyətində həmçinin John Litqou (Dambldor), Paapa Esseydu (Sneyp), Janet Maktir (Makqonaqall), Nik Frost (Haqrid) və digərləri yer alır.

Layihə C.K.Roulinqin kitabları əsasında hazırlanır və hər mövsüm yeddi kitabdan birinə həsr olunacaq. Çəkilişlər Böyük Britaniyada “Warner Bros. Studios Leavesden” studiyasında aparılıb.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
globalinfo.az

1Источники