Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinə uğursuz start verib.

Offsideplus.az xəbər verir ki, B liqasının 6-cı qrupunda mübarizə aparan yığmamız ilk matçında meydan sahibi Litva ilə qarşılaşıb. Kaunas şəhərindəki “Raudondvario” stadionunda baş tutan görüş rəqibin üstünlüyü ilə yekunlaşıb.

Qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.