RU

Şakiranın Qətər konserti təxirə salındı

Məşhur müğənni Şakiranın "Las Mujeres Ya No Lloran World Tour" çərçivəsində Qətərdə keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

Far.Az-in CNN-ə istinadən verdiyi məlumata görə, Dohadakı Stadium 974 stadionunda keçirilməsi nəzərdə tutulan tədbir Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən başqa tarixə keçirilib.

Bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertin yeni tarixi hələ açıqlanmayıb.

Qeyd olunub ki, biletləri əvvəlcədən alan şəxslər istədikləri halda ödənişlərini geri ala bilərlər. Eyni zamanda, biletlər növbəti konsert üçün də keçərli olacaq.

Избранный
37
far.az

1Источники