Lahıcdan olan papaqçı Abdulla Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə milli ornametlərlə bəzədilmiş əl işi olan papaq hədiyyə edib.
"Unikal" xəbər verir ki, ölkə lideri ona hədiyyə edilən papağın pulunu ödəyib.
Araşdırmamız zamanı məlum olub ki, hadisə 2018-ci ildə baş verib. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər. Daha sonra qəsəbədə inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxıblar, sənətkarlarla söhbət ediblər. Bu zaman A.Dadaşov özü hazırladığı papağı təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, papaqçı "Unikal"a açıqlamasında bildirdi ki, hazırladığı əl işini Prezidentə hədiyyə kimi verib: "Mən papağı hədiyyə etdim. Dedim ki, pul lazım deyil. Amma mənə dedilər ki, papağın pulu veriləcək. Sonra, səhv etmirəmsə, Bəylər müəllim (Bəylər Əyyubov - red.) gəldi, həmin papağın dəyərinin iki qatını verdi".