Yazını böyüt
Yazını kiçilt
Mən Bakıya ilk dəfə 1970-ci ildə gəlmişdim. Bu, çox uzun zaman əvvəl olub. İndi şəhərə yenidən baxanda demək olar ki, onu tanımıram. O illərdən yaddaşıma ən çox həkk olunan isə neft qoxusudur.
Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında “NomadMania” klubunun illik toplantısında iştirak edən fransız səyyah Andre Brugiroux bildirib.
Uzun illər əvvəl Qarabağa və Naxçıvana səfər etmək istəsə də, buna imkan tapmadığını diqqətə çatdıran səyyah deyib:
“Həmin vaxt Ermənistandan Qarabağa və Naxçıvana getmək istəyirdim, lakin icazə verilmədi. İndi isə hər iki bölgəyə səfər etmək imkanı yaranıb və bu, məni çox sevindirir”./azertag/