RU

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1100 nəfərə yaxınlaşır

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqinə endirdiyi zərbələr nəticəsində 22 nəfər həlak olub, 153 nəfər yaralanıb.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb. Martın 2-dən 24-dək İsrailin hücumlarında həlak olanlar arasında 120-si uşaq, 81-i isə qadın olub", - deyə açıqlamada bildirilir.

Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, 1 049 328 nəfər müharibə zonasından didərgin düşüb.

Избранный
22
5
missiya.az

6Источники