RU

BMT-dən xəbərdarlıq: Yaxın Şərqdə vəziyyət “nəzarətdən çıxıb” » AzadMedia.az


BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki gərgin vəziyyətin nəzarətdən çıxdığını və hərtərəfli fəlakət riski yaratdığını bəyan edib.
Onun sözlərinə görə, hadisələr liderlərin belə təsəvvür etmədiyi həddə çatıb:
“Bu münaqişə hətta liderlərin mümkünsüz hesab etdikləri həddi keçib. Bu, artıq həddindən artıq uzağa gedib.”
Quterreş beynəlxalq ictimaiyyəti eskalasiyanın qarşısını almağa və bunun əvəzinə diplomatik səyləri artıraraq beynəlxalq hüquqa qayıtmağa çağırıb.
O, ABŞ və İsraili İrana qarşı hücumları dərhal dayandırmağa çağırıb. Eyni zamanda, Tehrana müraciət edərək münaqişədə iştirak etməyən ölkələrə zərbələrin dayandırılmasını istəyib. BMT baş katibi Livanda da hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.
Quterreş xüsusilə Hörmüz boğazının bağlanması ilə bağlı vəziyyətə diqqət çəkib. Bu səbəbdən neft, qaz və gübrə tədarükünün dayandığını və bunun əkin mövsümü üçün kritik bir dövrdə baş verdiyini bildirib. Onun sözlərinə görə, müharibə ən çox yoxsul və həssas əhali qruplarına zərbə vurur.
Bundan əlavə, Quterreş Yaxın Şərqdə nizamlanma səylərinə rəhbərlik etmək üçün şəxsi nümayəndə təyin etdiyini açıqlayıb. Bu vəzifəyə Jean Arnault gətirilib.
Избранный
22
1
azadmedia.az

2Источники