Ən çox zərbələr BƏƏ, Küveyt və Səudiyyə Ərəbistanına dəyib...
Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrinin məlumatına görə, İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu tərəfindən təqdim edilən hesabatda bildirilir. Hesabatda qeyd edilir ki, münaqişənin başlanmasından bəri İran Fars körfəzi ölkələrinə qarşı 1000-dən çox raket və 3000-dən artıq pilotsuz uçuş aparatı (PUA) istifadə edib.
Məlumata əsasən, hücumların əsas hədəfləri Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistanı olub. Analitik mərkəzin məlumatına görə, 28 fevraldan 24 martadək BƏƏ ərazisinə 372 raket və 1806 PUA buraxılıb.
Hesabatda bildirilir ki, Küveyt 242 raket və 534 pilotsuz aparatla hədəfə alınıb. Səudiyyə Ərəbistanına qarşı isə əsasən PUA-lardan istifadə olunub və ümumilikdə 688 pilotsuz aparat buraxılıb.
Bundan əlavə, daha az miqyasda olsa da, Bəhreyn, Qətər və Oman da hücumlara məruz qalıb. Bu ölkələrə ümumilikdə minə yaxın raket və PUA-nın yönəldildiyi bildirilir.
Ekspertlər hesab edirlər ki, bu cür intensiv hücumlar regionda təhlükəsizlik mühitini daha da gərginləşdirir və enerji infrastrukturu ilə beynəlxalq ticarət marşrutları üçün ciddi risklər yaradır. Xüsusilə Körfəz ölkələrinin qlobal neft və qaz bazarındakı rolu nəzərə alınarsa, belə hücumların dünya iqtisadiyyatına təsiri də əhəmiyyətli ola bilər.
Poliqon.info