
Fərarilik (dezertirlik) heç bir halda qəbulolunmazdır. Bu barədə Suren Papikyan martın 25-də Ermənistan Milli Assambleyasında keçirilən hökumət saatı zamanı bildirib.
Nazir deputatların suallarını cavablandırarkən qeyd edib ki, onun fərariliyə münasibəti səbəblərdən asılı olmayaraq mənfidir.
Onun sözlərinə görə, uşaqları başqa ölkələrin vətəndaşı olan bəzi əməkdaşlar vəzifədən azad edilib:
“Belə əməkdaşlar olub ki, onların övladları digər dövlətlərin vətəndaşı idi və indi də belədir. Mən onları işdən çıxarmışam.”
Papikyan əlavə edib ki, bəzi şəxslər isə səhvlərini anlayaraq vəziyyəti dəyişiblər:
“Elələri də tapıldı ki, səhvlərini başa düşdü və etiraf etdi. Onların uşaqları artıq Ermənistan Respublikasının vətəndaşıdır. Onlar ya artıq hərbi xidmətə çağırılıb, ya da yaxın zamanda çağırılacaqlar.”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта