ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Zerdabcom saytı”na istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Sərt döngədə yoldan çıxan maşın su kanalına aşdı; 2 nəfər ölüb, 4 yaralı - VİDEO
Məlumata görə, “Hyundai SantaFe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı hadisə yerində həyatını itirib. Hadisə zamanı daha 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarətləri alıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.