RU

Arne Slot mövsümü “Liverpul”da tamamlayacaq

"Liverpul" klubunun baş məşqçisi Arne Slot bu yay vəzifəsini tərk etməyəcək.

90deqiqe.Az-ın "The Independent"ə istinadən məlumatına görə, klub rəhbərliyi hazırkı mövsümdə baş məşqçinin qarşısına çıxan bir sıra səbəbləri anlayışla qarşılayır. Keçən mövsüm komandaya çempionluq qazandırmış mütəxəssis bu mövsüm bir sıra amillərdən asılı olmayaraq tam komanda ilə işləyə bilməyib.

Futbolçuların zədələnməsi və Dioqo Jotanın vəfatı komandanın oyun və psixoloji durumuna təsir göstərib.

Hazırda “Liverpul” İngiltərə Premer Liqasında 49 xalla beşinci pillədə qərarlaşıb. Komanda həmçinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparacaq.

Избранный
29
90deqiqe.az

1Источники