RU

Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb

25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qadının hansı şəraitdə körpüdən yıxılması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Избранный
3
2
qaziler.az

4Источники