Azerbaycaninfo-nun araşdırmasına görə, son dövrlərdə Azərbaycanın aparıcı televiziya kanallarında ən çox görünən hüquqşünaslardan biri vəkil Esmira Rzayeva hesab olunur. O, hüquqi mövzular üzrə çıxışları və operativ şərhləri ilə geniş ictimai maraq qazanıb.
Müxtəlif televiziya proqramlarında ekspert qismində çıxış edən vəkil əsasən ailə hüququ, sosial mübahisələr, vətəndaş hüquqları və gündəmdə olan aktual hüquqi məsələlərə toxunur. Onun izah tərzi sadə və anlaşıqlı olduğu üçün tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Hazırda o, ölkənin demək olar ki, bütün aparıcı televiziya kanallarında - AzTV, ATV, Xəzər TV, İctimai TV, Dünya TV, Space TV, Real TV, Baku TV, ARB, ARB 24, Kanal S, MTV Azərbaycan, Günaz TV, Səhiyyə TV (STV), CBC TV Azerbaijan, Empa TV, APA TV, RTV, EL TV, Mədəniyyət TV, İki Sahil TV, Təhsil TV və digər kanallarda hüquq eksperti kimi çıxış edərək televiziya məkanında ən çox müraciət olunan hüquqşünaslardan biri kimi qiymətləndirilir.
Esmira Rzayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirib. Rus, İngilis, Gürcü və Türk dillərində tam sərbəst danışa bilir. Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Məsələləri Komissiya və Milli Məclis Esmira Rzayevanın təhsil eksperti kimi təkliflərini dəyərləndirib. Fəaliyyəti dövründə müxtəlif qurumlarda hüquqşünas kimi fəaliyyət göstərmiş, eyni zamanda hüquq şöbəsinə rəhbərlik edib. Hazırda "“Advocate Alliance Hüquq Şirkəti” MMC-nin direktorudur. 2024-cü ilin yayında Esmira Rzayeva Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü seçilərək rəsmi vəkil statusu alıb. Hazırda Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. 23 saylı Mediasiya Təşkilatının təsisçi rəhbəridir. Televiziya proqramlarında hüquq eksperti kimi çıxış edir. VR Academy xarici dil kursunun rəhbəridir. O, işlərini yalnız yerli məhkəmələrlə məhdudlaşdırmır, həm də Avropa İnsan Hüquqları Məhkəməsində vəkil kimi çıxış edir. Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının mediasiya təlimləri ilə bağlı təlimçisi kimi fəaliyyət göstərir.