RU

Azərbaycanın bu məmulat üzrə ixracdan gəliri 32% ə yaxın artdı

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 14 milyon 826.05 min ABŞ dolları dəyərində 11 min 259.32 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 743.09 min ABŞ dolları (31.85%) çox, miqdar baxımından isə 96.78 ton (0.82%) azdır.

Yanvar-fevral aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.42%-ni təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
2
hurriyyet.az

3Источники