RU

Paşinyan: Seçkilərdə qələbə qazanacağıma əminəm

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əminəm ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn parlament seçkilərində qalib gələcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bu qənaətə son bir ay ərzində xalqla görüşlərinin nəticələrinə əsasən gəlib.

Hökumət başçısı vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” erməni xalqının sülh gündəliyinin həyata keçirilməsinə zəmanət verən yeganə siyasi qüvvədir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. /Telegraf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
bakivaxti.az

4Источники