RU

Türkiyənin ilk yerli zirehli avtomobilinin təhvilinə BAŞLANILDI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Türkiyənin ilk yerli zirehli SUV avtomobili “TULGA 4x4”ün təhvil verilməsi işlərinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyənin “BMC” şirkəti tərəfindən müvafiq layihə çərçivəsində hazırlanan “TULGA 4x4” yoxlama fəaliyyətlərini və taktiki qabiliyyət sınaqlarını uğurla başa çatdırıb. Daxili təhlükəsizlik qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan “TULGA 4x4” zirehli konstruksiyası, ballistik qoruma səviyyəsi və texnoloji avadanlıqları ilə təhlükəsizlik, davamlılıq və komfort xüsusiyyətlərə malikdir.

Təxminən 8 ton ağırlığa malik, 5 nəfərlik daşıma qabiliyyəti ilə xidmət göstərəcək avtomobil müstəqil ikiqatqollu ön və arxa asqı sistemi, eləcə də disk əyləc avadanlığı sayəsində həm çətin relyef şəraitində, həm də şəhər daxilində yüksək manevr qabiliyyəti təmin edir. Dörd silindrli dizel mühərriki ilə işləyən, 250 at gücü təmin edən avtomobil saatda maksimum 130 kilometr sürətə çata bilir.

Avtomobildə xüsusi dizayn edilmiş altlıq qoruması ballistik təhdidlərə qarşı yüksək dayanıqlıq təmin edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
7
redaktor.az

8Источники