RU

Putin Ukrayna ilə sülh planlaşdırırdı, Tramp hər şeyi alt üst etdi

ain.az, Bizimyol saytına istinadən bildirir.

İlin əvvəlində Rusiya iqtisadiyyatı sürətlə pisləşdiyi üçün Vladimir Putin Ukrayna ilə müharibəni bitirməyi düşünməyə başlamışdı. Fevral ayında iqtisadi vəziyyət o qədər kritik hala gəlmişdi ki, Putinin sülh danışıqlarında əsas nümayəndəsi Kirill Dmitriyevi əvəz etmək və hökumətdə geniş dəyişikliklər etmək niyyəti olduğu bildirilirdi.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyalı müxalif jurnalist Mixail Zyqarın “The New York Times” üçün yazdığı məqalədə qeyd edib.

Lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı, nəticədə qlobal neft böhranı Putinin sülh planlarını dayandırıb. ABŞ Rusiya neftinə tətbiq olunan sanksiyaları ləğv edib, dünya diqqəti Yaxın Şərqə yönəlib, Ukrayna isə diqqət mərkəzindən kənarda qalıb. Bununla yanaşı, ABŞ-ın silah ehtiyatlarının sürətlə azalması gələcəkdə Ukraynaya hərbi dəstəyin azalması ehtimalını artırır.

Zyqar vurğulayır ki, müvəqqəti neft gəlirlərinin artması uzun müddətli perspektivdə Rusiyanın iqtisadi böhranını həll etmir. Ölkədə ictimai narazılıq artmaqdadır; insanlar internetdə məhdudiyyətlərdən və iqtisadi şəraitin pisləşməsindən narazıdır. Ekspertlər hesab edir ki, may ayına qədər İran münaqişəsinin bitməsi və Rusiyaya qarşı sanksiyaların bərpası Putini ciddi seçim qarşısında qoyacaq.

Bundan əlavə, Rusiya metallurgiya və alüminium sənayesi də böhran yaşayır. MMK istehsalını 60%-ə endirib, işçi heyətini azaldır, alüminium nəhəngi “Rusal” isə ilk dəfə 2014-cü ildən bəri illik xalis zərər açıqlayıb.

İqtisadi böhran və xarici siyasətdə yaranan dəyişikliklər Kremlin Ukrayna siyasətinə təsirini göstərir. Mütəxəssislər Putinin qarşıdakı aylarda həm iqtisadi, həm də siyasi baxımdan çətin qərarlar verməli olacağını bildirirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
bizimyol.info

1Источники