RU

Lukaşenko Şimali Koreyada Putinin bu xahişini yerinə yetirdi

BAKI, 25 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya Sədri Kim Çen In martın 26-da Pxenyanda Kumsusan iqamətgahında danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Martın 26-da Aleksandr Lukaşenko ilə Kim Çen In arasında Kumsusan iqamətgahında danışıqlar keçiriləcək. Sabah çoxsaylı vacib xəbərlər yayımlanacaq”, - açıqlamada bildirilib.

Lukaşenko martın 25-də Pxenyana gəlib. Belarus lideri Rusiya Prezidenti Vladimir Putinin xahişi ilə Şimali Koreyanın Ukrayna ilə müharibədə Moskvaya göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq “Azadlıq” abidəsini ziyarət edib və ora əklil qoyub.

Избранный
59
2
teleqraf.com

3Источники