"Bayer Leverkuzen" nigeriyalı vingeri Natan Tella ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "əczaçılar"ın mətbuat xidməti yayıb.
O, müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan sazişə imza atıb.
Qeyd edək ki, 26 yaşlı Tella 2023-cü ilin yayından Bundesliqa komandasının uğurları üçün çalışır. Cari mövsüm "Bayer" forması ilə 16 matça çıxan afrikalı futbolçu 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul