RU

Millimizin oyununda yunanıstanlı hakimlər

Azərbaycanın U-21 millisinin Avro-2027-nin seçmə mərhələsində Bakıda Portuqaliya ilə keçiriləcək oyununun hakim təyinatları açıqlanıb.

Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, B qrupunun 8-ci turunda keçirilicək qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də “Palms Sport Arena”da keçiriləcək matça saat 15:00-da start veriləcək.

Избранный
25
msport.az

1Источники