RU

Qalatasaray-ın futbolçusu AZADLIĞA BURAXILDI

Ajans.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat verib. Bildirilib ki, bu gün keçirilən məhkəmə prosesində oyunçuya dəstək olmaq üçün bir sıra futbolçular da məhkəməyə gəlib. Bununla yanaşı, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk, klubun ikinci prezidenti Metin Öztürk, baş katibi Eray Yazqan və vitse-prezident Abdullah Kavukcu da futbolçuya dəstək üçün məhkəmə prosesində iştirak ediblər.

Qeyd edək ki, prokuror futbolçu üçün 4 il 1 ay 15 gündən 10 il 4 ay 15 günədək həbs cəzası tələb edib. Buna baxmayaraq, məhkəmə gənc futbolçunun azad olunması barədə qərar verib. Növbəti məhkəmə prosesi iyunun 12-nə təyin edilib. 2028-ci ilə qədər "Qalatasaray"la müqaviləsi olan futbolçunun oyunlardan kənarlaşdırılma cəzası isə avqustun 7-də başa çatacaq.

Избранный
19
5
Ajans.az

7Источники