RU

Qazaxıstan və Özbəkistan Sırdərya çayının suyunun uçot sistemini avtomatlaşdırır

BAKI, 25 mart. TELEQRAF

Qazaxıstan və Özbəkistan birlikdə Sırdərya çayının suyunun uçot sisteminin avtomatlaşdırılması üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın su ehtiyatları naziri Nurjan Nurjiqitov bildirib.

“Hazırda biz özbəkistanlı tərəfdaşlarımızla birlikdə Sırdərya çayının su uçotu sisteminin avtomatlaşdırılması üzrə birgə iş aparırıq. Bu çərçivədə 10 əsas sahə seçilib. Onların beşi Qazaxıstan ərazisində, qalanı isə Özbəkistanda yerləşir. Müəyyən olunmuş ərazilərdə müasir avtomatlaşdırılmış uçot və monitorinq sistemlərinin tətbiqi planlaşdırılır”, - nazir deyib.

Nurjiqitov hesab edir ki, bu tədbirlərin həyata keçirilməsi su ehtiyatlarının idarə olunmasında şəffaflığı təmin edəcək: “Birinci mərhələdə layihələri reallaşdırdıqdan sonra gələcəkdə Sırdərya çayının digər sahələrinin də avtomatlaşdırılmasına başlanacaq. Həmçinin ümumi hövzələr nəzərə alınmaqla, Mərkəzi Asiyanın digər ölkələrinin də mərhələli şəkildə bu prosesə cəlb olunması planlaşdırılır”.

Избранный
39
teleqraf.com

1Источники